Ə.Amaşov “Facebook”dakı sosial şəbəkəsindəki səhifəsində qeyd edib ki, Mirşahin Ağayevin suallarına cavabları dövlət başçısının ölkədə həyatın bütün sahələrini incəliklərinə qədər duyduğuna deməyə əsas verir: “Prezident medianın missiyasını dövlət idarəçiliyindəki vacib vasitə kimi görür. Bu, jurnalistikamızın bu gününə, keçdiyimiz yola müstəsna qiymətdir.
Millət vəkili İlham Əliyevin həssas olmasını xüsusilə vurğulayıb: “Müsahibəsində bu həssaslığın ən müxtəlif tərəflərini hiss etdim. Prezidentin hər sözü fəaliyyət platformasıdır, gələcək üçün təminatdır. Onun hər fikrinə Vətən, vətəndaş naminə çalışmaq əzmi, prinsipiallıq və qətiyyətlilik hakimdir”.
“Prezident xalqının lideridir. Hər dövlət başçısı bunu bacarmır. Cənab İlham Əliyev liderliyini həm də səmimiliyi, sadəliyi, alicənablığı ilə qazanmış parlaq simadır”, deyə Ə.Amaşov bildirib.
MŞ sədri fikrini bu sözlərlə sona çatdırıb: “Tanrı ölkəmizi, xalqımızı, ölkəmizi və xalqımızı hamıdan çox düşünən Prezidentimizi qorusun!”