«Marja»nın məlumatına görə, tikinti ərazisinin girişində vurulmuş məlumat lövhəsində qeyd olunur ki, 251,8 metr hündürlükdə olacaq iş mərkəzi 49 mərtəbədən ibarət olacaqdır.
Layihənin podrarçısı «Azinko Holdinq» MMC-nin təsisçisi olduğu «Azvitil Tikinti» MMC-dir. İş mərkəzinin layihəsini «Arxin-M Ltd» MMC hazırlayıb.