Vaxt.Az

ABŞ-Çin anlaşdı


 

Neft qiyməti fontan vurdu

ABŞ-Çin anlaşdı ABŞ Prezidenti Donald Tramp, etdiyi açıqlamada “Çinlə razılaşmaya daha yaxınıq” deyib. “Çinlə danışıqlar yaxşı gedir, razılığa gəlsək vergiləri qaldırmayacam. Çin ilə ticarət rejiminin müddətinin uzadılması ehtimalı da var” şəklində danışan Tramp, ““Brexit” prosesi yaşayan İngiltərə ilə ticarətimiz artacaq”, deyib.

* * *

Çin dövlətinin başçısı Si Cinpinq (Xi Jinping) də, ABŞ ilə ticarət danışıqlarında irəliləyiş əldə olunduğunu bildirib.

Cinpinq, iki ölkə arasındakı ticarət danışıqlarının gələn həftə Vaşinqtonda davam edəcəyini deyib.

Si, Çinin “Xinhua News Agency”ə verdiyi müsahibəsində, “İki tərəf arasındakı müzakirələrdə əhəmiyyətli irəliləyiş qeydə alınıb. Gələn həftə tərəflər Vaşinqtonda görüşəcəklər” deyib. O, hər iki tərəfə də fayda verəcək bir "qazan-qazan" müqaviləsinin olacağına ümid etdiyini bildirib.

ABŞ Prezidenti Donald Tramp ilə "yaxşı bir iş əlaqəsinə" çox yüksək qiymət verdiyini vurğulayan Si, onunla müxtəlif yollarla ünsiyyətdə qalmaq istədiyini vurğulayıb.

Si, “Biz ikitərəfli iqtisadi münaqişələri əməkdaşlıqla həll etmək və iki tərəfin də qəbul edə biləcəyi bir müqavilə istəyirik. Amma əməkdaşlığın da prinsipləri var”, - deyib.

Çin dövlətinin başçısının açıqlamasından sonra neft qiymətləri yüksəlib. “Brent” neftinin qiyməti 65 dolları da keçib.

 





15.02.2019    çap et  çap et