Vaxt.Az
Qırmızı “qızıl”
Hər ton pomidor 1032 dollar valyuta gətirib
Azərbaycan 2018-ci ildə 177 milyon 381 min dollar dəyərində pomidor ixrac edib. Bu barədə hökumətdən məlumat verilib. “2018-ci ildə Azərbaycan 177 milyon 381 min dollar dəyərində 171 min 921 ton pomidor ixrac edib. 2017-ci illə müqayisədə ixracın həcmi miqdar ifadəsində 19,4 faiz, dəyər ifadəsində 17 faiz artıb”, - deyə məlumatda bildirilir.1 ton pomidor ölkəyə 1032 dollar valyutanın daxil olmasını təmin
edib.
Hesabat ilində pomidorun əsas idxalçısı Rusiya olub. Belə
ki, 2018-ci ildə bu ölkəyə 176 milyon 263 min dollar dəyərində 170 min 315 ton
(bütün ixracın 99,06 faizi) pomidor ixrac olunub. 2017-ci illə müqayisədə
ixracın həcmi miqdar ifadəsində 11,2 faiz, dəyər ifadəsində 16,5 faiz artıb.
2017-ci ildə Azərbaycan 151,6 milyon dəyərində pomidor ixrac
edib, pomidorların əsas həcmi Rusiyaya tədarük olunub.
15.02.2019 çap et