Vaxt.Az

“Brent”in qiyməti yüksələcək


 

“Goldman Sachs” 67, “Spenser Welch” 70 deyir

“Brent”in qiyməti yüksələcək “Brent” markalı xam neftin bir barelinin qiyməti 67,5 dollar səviyyəsinə qalxacaq. ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs”ın analitikləri bu fikirdədir.

Analitiklərə görə, neftin qiyməti 2018-ci ilin son rübündə kəskin enişdən sonra hazırda 64 dollar/barel səviyyəsində dəyişir. Lakin qarşıdakı aylarda “qara qızıl”ın qiyməti bu səviyyəni ötəcək. Belə ki, ilin ikinci rübündə “Brent”in qiyməti 67,5 dollar/barelə qədər artacaq.

Ekspertlərin fikrincə 2019-cu ildə qlobal neft tələbatı gündəlik 1,4 milyon barel çoxalacaq.

 

* * *

 

“IHS Markit”in neft analitiki “Spenser Welch”, ABŞ-ın İran və Venesuelaya tətbiq etdiyi sanksiyaları və OPEC-in hasilatı azaltmasına görə neft qiymətlərinin 70 dollar ola biləcəyini söyləyib.

 





15.02.2019    çap et  çap et