Vaxt.Az

Neft daha da bahalaşdı


 

ABŞ və Çinin sayəsində

Neft daha da bahalaşdı Azərbaycanın dünya bazarına çıxardığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 1,9 dollar və yaxud 2,87 faiz artıb. Hazırda “Azeri Light”ın qiyməti 68,06 dollar təşkil edib.

* * *

09:35

Neft qiymətləri yüksəlir. “Brent” neftinin Cümə axşamı günü yekun qiyməti 2,6 faiz bahalaşma ilə 66.25 dollar təşkil edib.

Neftin bahalaşmasının səbəbləri ABŞ və Çin arasında davam edən ticarət müzakirələrində irəliləyiş təmin edilməsi, Səudiyyə Ərəbistanının hasilatını daha da azaldacağını açıqlaması, İran və Venesuelanın hasilatlarının azalmasıdır.

ABŞ və Çin arasında ticarət müharibəsi iqtisadi inkişafa mənfi təsir edir və neftə tələbi azaldır. ABŞ və Çinin bir razılaşma təmin etməsi, qlobal iqtisadiyyat üçün müsbət hadisə olacaqdır.

 





16.02.2019    çap et  çap et