Vaxt.Az

İnflyasiya rublu nə qədər zəiflədəcək?


 

“Fitch”dən bədbin Rusiyanın kredit reytinqi

İnflyasiya rublu nə qədər zəiflədəcək? “Fitch” beynəlxalq reytinq agentliyi Rusiyanın uzunmüddətli kredit reytinqini "BBB-", qısamüddətli kredit reytinqini isə “F3” səviyyəsində müəyyən edib.

Bu barədə qurumun açıqlamasında bildirilir.

Agentlik ABŞ-ın Rusiyaya qarşı gələcək sanksiya ehtimallarını yüksək qiymətləndirib və eyni zamanda bəyan edib ki, sanksiya siyasətinin gələcək istiqamətlərini müəyyənləşdirmək çətindir.

“Fitch” hesab edir ki, bu il Rusiyada inflyasiyanın səviyyəsi 5,3 faizə çatacaq ki, bu da Əlavə Dəyər Vergisinin (ƏDV) artması, ölkənin milli valyutası - rublun zəifləməsi ilə bağlıdır. Rusiyanın ÜDM-inin artım sürətinin isə 1,5 faiz təşkil edəcəyi proqnozlaşdırılır.

 





16.02.2019    çap et  çap et