Məşhur çeçen ictimai xadimin sözlərinə görə, azərbaycanlılarla çeçenləri çəkmək istədikləri təxribat cidd-cəhdlə hazırlanıb.
“Biz bu cür təxribatlara uymamalıyıq. Mən Azərbaycan xalqını çox sevirəm. Müharibə vaxtı taleyin hökmü ilə Azərbaycanda idim. Biz azərbaycanlıların çeçenləri necə qarşıladığını və bizə görə necə həyəcan keçirdiklərini görürdük. Çeçenlər çox alicənab xalqdır və xeyirxahlığı unutmurlar”, - İbrahimov deyib.
Səid Emin İbrahimov əlavə edib ki, ilk dəfə döyülmüş çeçenin videosunu görən zaman bərk həyəcanlanıb və qisas hissi onu boğub. Lakin sağlam düşüncəli insan anlamalıdır ki, bu, xalqlar arasında nifaq yaratmaq məqsədi güdən təxribatdır.
“Heç kimin insanları millliyyətinə görə təhqir etməyə ixtiyarı yoxdur”, - o qeyd edib.