“C-17” karqo təyyarələrinin ilk üçü şənbə günü Florida ştatında yerləşən “Homestead” Hava Ehtiyat Bazasından yola çıxaraq, Kukuta şəhərində eniş edib. Bu şəhər Venesuelanın konqres lideri Xuan Quaydonun dəstəkçilərinə çatdırılması nəzərdə tutulan yardımın toplanış məntəqəsi kimi nəzərdə tutulub. Quaydo ABŞ tərəfindən Venesuelanın legitim prezidenti kimi tanınıb.
Daha öncəki yardımlar kommersiya təyyarələri ilə çatdırılıb.
Maduro qeyri-qanuni və lazımsız adlandırdığı humanitar yardımın qarşısını alacağını deyib. O, ölkədəki aclıqda ABŞ-ın qadağalarını və ölkədəki düşmənləri təqsirləndirib.
Şənbə günü göndərilən 180 tonluq humanitar yükə 25 min nəfər üçün nəzərdə tutulmuş qida və səhiyyə ləvazimatları daxildir.