Bunu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı İngiltərənin Xarici Kəşfiyyat İdarəsinin (Mİ6) rəhbəri Aleks Yonqer deyib. O, Rusiyanın bunu etməyə haqqı olmadığını bildirib.
Yonqer Moskvanın yeritdiyi bu siyasətin nəticələrinin ağır olacağını söyləyib. Onun sözlərinə görə, Rusiya kəşfiyyatı hələ də Sergey Skripal və qızı Yuliya üçün təhdid təşkil edir.
Qeyd edək ki, ötən ilin mart ayında Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripal və qızı Yuliya zəhərlənib. Bu hadisə Rusiya tərəfindən həyata keçirilən sui-qəsd kimi qiymətləndirilib.