Vaxt.Az

Siqaret bahalaşdı


 

Aksiz vergisi 2.5 dəfə artdı

Siqaret bahalaşdı Azərbaycanda satılan siqaretlərin qiyməti qalxıb. Məlumata görə, siqaretlərin hər bir qutusunda 20 qəpik artım qeydə alınıb.

“European Tobacco-Baku”dan bildirilib ki, siqaretin qiymətinin qalxması aksiz vergisi ilə bağlıdır:

“2019-cu ildən başlayaraq, tütün və tütün məmulatlarına qoyulan aksiz vergisi qalxıb. Yanvarın 1-dən yerli istehsal olan siqaretlərin hər 1000 ədədinin aksiz dərəcəsi 12 manatdan 20 manata qədər artırılıb. Eyni zamanda, fevralın 8-dən idxal olunan siqaretlərin hər 1000 ədədinin aksiz dərəcəsi 12 manatdan 28 manata qədər artıb”.

 





18.02.2019    çap et  çap et