 Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə Ukraynanın yeni hökumətində yüksək vəzifə tutmaq təklif olunub. Modern.az saytı bildirir ki, bu haqda M. Saakaşvilli «Rustavi-2» telekanalına məlumat verib. O, telekanala deyib ki, Ukraynada yüksək vəzifədə işləmək təklifi alıb, amma belə bir planı yoxdur. Keçmiş prezidentin sözlərinə görə, bu təklifə razılaşmasa da, Ukraynada bundan sonrakı proseslərin inkişafı üçün əlindən gələn köməyi əsirgəməyəcək.
		
		
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə Ukraynanın yeni hökumətində yüksək vəzifə tutmaq təklif olunub. Modern.az saytı bildirir ki, bu haqda M. Saakaşvilli «Rustavi-2» telekanalına məlumat verib. O, telekanala deyib ki, Ukraynada yüksək vəzifədə işləmək təklifi alıb, amma belə bir planı yoxdur. Keçmiş prezidentin sözlərinə görə, bu təklifə razılaşmasa da, Ukraynada bundan sonrakı proseslərin inkişafı üçün əlindən gələn köməyi əsirgəməyəcək.Mixail Saakaşvili üçün Gürcüstan üçün çox darıxdığını, ancaq çoxsaylı problemləri həll etməkdən ötrü ABŞ-a getməyə qərar verdiyini də vurğulayıb.
Xatırladaq ki, keçmiş prezident ABŞ-da Taftsa Universitetində müəllim işləyir.
 çap et
  çap et