Vaxt.Az

Qaz hasilatında sıçrayış


 

26,4 faiz, yaxud ...

Qaz hasilatında sıçrayış Azərbaycanın qaz hasilatı isə 26,4 faiz artıb. 2019-cu ilin Yanvar ayında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 2,7 milyard manat olmaqla, əvvəlki ilin yanvar ayına nisbətən 2,3 faiz artıb.

Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir ki, sahənin əsas məhsulu olan xam neftin əmtəəlik hasilatı 3,3 milyon ton, əmtəəlik təbii qazın hasilatı isə 2,0 milyard kub metr təşkil etmişdir. Neft hasilatı 0,8 faiz azalmış, qaz hasilatı isə 26,4 faiz artmışdır.

Ötən ay ölkədə 3 062,1 milyon kubmetr həcmində təbii qaz hasil edilib ki, bunun da 1 992,4 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb. Yanvar ayında qaz hasilatının həcmi 23,1 faiz, əmtəəlik qaz hasilatının həcmi 26,4 faiz artıb.

Bu ilin yanvar ayında Azərbaycanda qaz kondensatı daxil olmaqla 3 333,7 min ton həcmində xam neft hasil edilib. Bu həcmin 3 329,9 min tonu əmtəəlik xam neft olub. Bu ilin yanvar ayında neft hasilatı ötən ilin yanvar ayı ilə müqayisədə 0,8 faiz azalıb.


 





19.02.2019    çap et  çap et