Vaxt.Az

İlham Əliyevə Ruhanidən məktub


 

İranlı həmkarı Azərbaycan prezidentini ölkəsinə dəvət edib

İlham Əliyevə Ruhanidən məktub İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pak Ayin dünən Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfir İ.Əliyevin İrana səfər etməsi barədə prezident Həsən Ruhaninin dəvətini çatdırıb.

Öz növbəsində, İ. Əliyev H. Ruhaninin dəvətini müsbət qarşılayaraq, əlavə edib ki, İsveçrənin Davos şəhərində prezident H. Ruhani ilə görüşdən sonra iki ölkə arasında əlaqələrdə yeni dövr açılıb.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan bütün sahələrdə İranla əməkdaşlığa hazırdır.

Görüşdə tərəflər iki ölkəni maraqlandıran məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

 





26.02.2014    çap et  çap et