Vaxt.Az

Vardanyanı axtarırlar


 

Çeçen-azərbaycanlı davasının səbəbkarı tapıldı

Vardanyanı axtarırlar Moskvadakı “Neolit” kafesində bir qrup azərbaycanlı ilə çeçen arasında baş vermiş insidentin səbəbkarı erməni olub. İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri Fuad Abbasov apardığı jurnalist araşdırmasından sonra bu cür sensasion bəyanatla çıxış edib.

Abbasov özünün Rusiya hüquq-mühafizə orqanlarına ünvanlanan video-müraciətində münaqişənin ilk günündə çeçenlərin hansısa azərbaycanlını axtardığını bildirib:

“Onlar “WhatsApp”da və digər sosial şəbəkələrdə bir-birilərinə həmin azərbaycanlının fotosunu göndəriblər. Çeçenlərin fikrincə, məhz həmin şəxs günahkar olub və onu cəzalandırmaq lazımdır. Bununla belə, azərbaycanlının adı qeyd olunmayıb”.

Daha sonra isə jurnalist çeçenlərin axtardığı həmin “azərbaycanlı”nın pasportunun şəklini göstərir.

Məlum olur ki, bütün baş verənlərin günahkarı, çeçenlərin axtardığı şəxs özünü azərbaycanlı kimi qələmə verən Ermənistan vətəndaşı 1993-cü il təvəllüdlü Harnik Aramoviç Vardanyandır.

Qeyd edək ki, Abbasov videonun 06:44-cü dəqiqəsindən etibarən informasiyanı Azərbaycan dilində təqdim edir.

 





19.02.2019    çap et  çap et