Məhkəmə bildirib ki, bu şirkət müxtəlif adlarla yaratdığı, özünə tabe şirkətlər vasitəsilə qanuzuz olaraq, İrana qaz turbinlərinin ehtiyyat hissələrini satıb. Hollandiya məhkəməsi həmçinin, “Euroturbine B.V” şirkətinə bağlı olan və mərkəzi ofisi Bəhreyndə olan daha bir şirkəti 350 min avro cərimə ödəməyə məhkum edib.
Məhkəmə, qaz turbinlərinin iranlı alıcılarının adlarını açıqlamasa da, bildirib ki, İrana ixrac edilən qaz turbinlərinin ehtiyyat hissələrindən həm də hərbi sənaye sahəsində istifadə etmək mümkündür.