Vaxt.Az

İranda 5 nəfər edam edilib


 

Daha altı nəfər asılacaqları günü gözləyir

İranda 5 nəfər edam edilib İranda 5 nəfər edam edilib. APA-nın verdiyi məlumata görə, məhbuslar Allaha qaşı müharibə aparmaq və qətldə günahlandırılaraq dara çəkiliblər.

İranın Əlborz vilayətində 3 nəfər edam edilib. Allaha qarşı müharibə aparmaqda ittiham edilərək dara çəkilmiş məhbusların ad və soyadları açıqlanmayıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra fevralın 25-də səhər saatlarında Kərəc şəhərinin İslamabad rayonunun Zurabad kəndində əhalinin gözü qarşısında icra edilib.

Ümumiyyətlə, onların dəqiq ittihamları və cinayət törədərkən hansı yaşda olduqları barədə heç bir məlumat əldə edilməyib. Lakin fevralın 24-də iki məhbus - Həmid Yusifi və Ərsalan Qasımi Kərəc şəhərinin Rəcayişəhr həbsxanasının 4 bəndindən barələrindəki ictimai edam cəzalarının icrası üçün təkadamlıq kameralara köçürülüblər. Məhz bu şəxslərin Zurabadda dara çəkilmiş məhbuslar arasında olduğu ehtimal edilir. Xəbərdə həmçinin növbəti günlərdə Kərəc şəhərinin Mehrşəhr rayonunda 5 nəfərin və 1 nəfərin isə Həştgərd rayonunun “Doxanyat” meydanında əhalinin gözü qarşısında edam ediləcəyi bildirilib.

Bundan əlavə, İranın Simnan vilayətində 2 nəfər edam edilib. Məhbuslar qətldə günahlandırılaraq dara çəkilib. Onların ad və soyadlarının yalnız baş hərfləri qeyd edilib. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra Simnan şəhərinin mərkəzi həbsxanasında icra edilib.

 





26.02.2014    çap et  çap et