Vaxt.Az

«Putin mifinin sonu oldu»


 

«Amma o, Ukraynadan qisasını alacaq»

«Putin mifinin sonu oldu» Şahmat üzrə 13-cü dünya çempionu, erməni əsilli keçmiş bakılı Harri Kasparov Ukraynadakı hadisələrə münasibətini açıqlayıb.

Modern.az xəbər verir ki, Kasparov Ukrayna müxalifətinin müvəffəqiyyətlə irəli getdiyini bildirib. Onun sözlərinə görə, Ukrayna xalqı azadlığı yolunda qanından belə keçməyi əsirgəmədi. Kasparov Rusiya prezidenti Vladimir Putinin Ukraynaya müdaxilə perspektivlərindən də söz açıb.

O, bildirib ki, Ukrayna indiki şəraitdə Putinin müdaxilələrinin qarşısını almağı əsas hədəf seçməlidir: «Düzdür, Putin bütün Ukraynada hökmranlıq etmək niyyətində deyil. Amma Rusiyanın Ukraynanın bəzi ərazilərinə nəzarət etmək maraqları var. Ukraynadakı fikir ayrılıqları ölkəni parçalanmağa gətirib çıxarmayacaq. Ancaq Putin rejiminin Ukraynanı yenidən ələ keçirmək təşəbbüslərini də istisna etmək olmaz. Putin Ukraynadakı məğlubiyyətin qisasını alacaq. Ukraynadakı məğlubiyyət Putin mifinin sonu oldu. Bundan sonra isə Kremlin əsas hədəflərindən biri də Sevastopolu ələ keçirməkdir».

Qeyd edək ki, H. Kasparov siyasətlə də məşğuldur. O, Rusiyada 2008-ci ildə keçirilən prezident seçkilərində namizədliyini irəli sürmək istəsə də, sonradan bu niyyəti reallaşmayıb.
 





26.02.2014    çap et  çap et