Layihənin rəhbəri Ramil Namazov tədbiri açaraq təlim haqqında məlumat verib. Təlimçi Həsən Yunisov layihənin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd olunub ki, layihənin əsas məqsədi region gənclərinin inkişafına dəstək olmaq, sosial aktivlik, biznesi fəaliyyətində düzgün marketinq siyasətinin aparılması və Gənclər Fondunun yaratdığı imkanlar haqqında ətraflı məlumat verməkdir.
Şagirdlər təlimdə ümumi iqtisadi biliklər, biznes anlayışları haqda bilgi alıb, eyni zamanda öz ideyalarını təqdim ediblər. Şagirdlər komandalar şəklində müzakirələrə qatılıblar.
Sonda fərqlənən iştirakçılara sertifikat təqdim olunub.