Vaxt.Az

Eks prezidentlər Putinə qarşı


 

«... Hər hansı etnik qarşıdurma yaratmağa çalışmasın»

Eks prezidentlər Putinə qarşı Sabiq prezidentlər Rusiyadan Ukraynanın daxili işlərinə qarışmaqda günahlandırıb, bu ölkəni düşmənçilik toxumu səpməməyə çağırıb. Avropa.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, sabiq prezidentlər Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşenko birgə bəyanatla çıxış edərək Rusiyanı Krımın siyasi həyatına birbaşa qarışmaqda ittiham ediblər.

Bəyanatda deyilir ki, Rusiya Ukraynanın beynəlxalq müttəfiqlərinin vəziyyəti siyasi yolla həllinə cəhdlərini hər zaman «daxili işlərə qarışmaq» kimi dəyərləndirdiyi halda, özü onları qabaqlayaraq birbaşa Krımın siyasi həyatına müdaxilə edir.

Sabiq prezidentlər Rusiyanın hazırladığı bu resepti «çox təhlükəli resept» sayır və bunun ancaq separatizmin inkişafına xidmət edəcəyini bildirirlər.

Sabiqlər Rusiyadan Ukrayna xalqının və hakimiyyətinin qərarlarına hörmət nümayiş etdirməyə dəvət ediblər: «Rusiya da beynəlxalq sazişə əsasən, ABŞ və Böyük Britaniya kimi, Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün təminatçısı rolunda çıxış edir. Ona görə də Rusiya bütün beynəlxalq hüquq normalarına hörmət edərək, hər hansı formada etnik qarşıdurma yaratmağa çalışmasın».
 





26.02.2014    çap et  çap et