Vaxt.Az
Çeçenistana səfər üçün zəmin yaranıb
Dialoqu gücləndirməyə ehtiyac var
Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadə REAL TV-yə dünənki müsahibəsində çeçenlərlə azərbaycanlılar arasında Moskvadakı son insident barədə danışarkən onun bir cümləsi diqqətimi cəlb etdi. Çeçenistanın lideri Ramzan Kadırovun Allahşükür Paşazadəyə dediyi sözlər görə, Ermənistan illərdir Çeçenistanla sıx əlaqələr qurmaq istəyir. Ancaq Çeçenistan Azərbaycan torpaqlarının işğalına görə Ermənistanla sıx münasibətlər qurmur. Eyni siyasətdən Səudiyyə Ərəbistanı da çıxış edir. Ermənistan rəsmiləri dəfələrlə Səudiyyə Ərəbistanına da müxtəlif emissarlar göndəriblər ki, bu ölkə ilə sıx münasibətlər qursunlar, ancaq Ər-Riyad hər dəfəsində İrəvana rədd cavabı verib.Moskvadakı son qalmaqal çeçenlərlə azərbaycanlılar
arasındakı münasibətləri daha da yaxınlaşdırmalıdır, dialoqu gücləndirməyə
ehtiyac var, bu İrəvana da iki xalqın güclü mesajı olar. Mümkündür ki, rəsmi
Bakı Çeçenistana investisiyalar haqqında da düşünsün. Hətta o da mümkündür ki,
Azərbaycan prezidenti İlham Əliyev Rusiyaya rəsmi səfəri sırasında Çeçenistanda
olsun və bu bölgənin lideri Ramzan Kadırovla görüşsün. Ramzan Kadırov onsuz da
2018-ci ilin noyabrında Bakıda olarkən İlham Əliyevi Qroznıya Heydər Əliyevin
xatirəsinə salınmış bağın açılışına bu sözlərlə dəvət etmişdi: “Böyük
qardaşımızı Çeçenistanda gözləyirik”. Çeçenistana səfər üçün zəmin yaranıb.
20.02.2019 çap et