Məhkəmənin bağlı qapılar arxasında keçirildiyi bildirilir. Bu cinayət işi üzrə Həsən Ruhaninin qardaşı oğlu ilə birlikdə digər 4 dövlət işçisinə qarşı da maliyyə fırıldaqçılığı üzrə ittiham elan edilib. Lakin onlara qarşı irəli sürülən ittihamın detalları bu günə qədər açıqlanmayıb.
Hüseyn Firudin 2018-ci il iyulun 16-da maliyyə fırıldaqçılığı ilə bağlı İrana çağırılmışdı. Polis tərəfindən ona ittiham edildiyi məsələ ilə bağlı məlumat veriləndən sonra şərti azadlığı üçün girov müəyyənləşdirilmişdi. Lakin girovu təqdim edə bilmədiyindən, həbs edilmişdi. 1 gün həbsdə qaldıqdan sonra o dövr İranın səhiyyə naziri Hüseyn Firudinin azad edilməsi üçün 35 milyard tümənlik girov təqdim etmişdi. Bu isə İranda böyük səs-küyə səbəb olmuşdu.
Xatırladaq ki, Hüseyn Firudin İran Prezidenti Həsən Ruhaninin həm qardaşı oğlu, həm də prezidentliyinin ilk illərində müşaviri olub. O, Tehranla 5+1 ölkələri arasında nüvə müzakirələrində də İran nümayəndə heyətinin tərkibində təmsil olunub. Nüvə razılaşması əldə ediləndən sonra Amerikaya köçüb və orada yaşayır.