Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.
Millət vəkili qeyd edib ki, bununla bağlı qanunvericiliyə edilən dəyişiklik vacibdir: “Hər bir ölkənin quru sərhədi olduğu kimi, informasiya məkanının da sərhədi var. Ölkəmizin gələcəyi naminə hər iki sərhədimizi qorumalıyıq. Hesab edirəm ki, bununla bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırmalıyıq”.