Vaxt.Az

Generalın əmlakı müsadirə olunur


 

Özü isə ömürlük azadlığını itirir

Generalın əmlakı müsadirə olunur Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının keçmiş üzvü, general-polkovnik Fan Fenhuy hərbi məhkəmənin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib.

Məhkəmə generalı korrupsiya əməllərində təqsirkar hesab edib. Məhkəmənin qərarı ilə bütün siyasi hüquqlarından məhrum edilən generalın əmlakı da müsadirə olunacaq.

General-polkovnik Fan Fenhuy bir müddət əvvəl rüşvət ittihamı ilə əlaqədar ordudan və Çin Kommunist Partiyası sıralarından uzaqladırılmışdı.

Qeyd edək ki, Mərkəzi Hərbi Şura Çində silahlı qüvvələrin ən yuxarı idarəetmə qurumdur. Onun sədri Çin Xalq Respublikasının Sədri, Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Si Cinpindir.

 





21.02.2019    çap et  çap et