Polşanın sabiq prezidentinin fikrincə, Putin iki hədəfi təqib edir. “Mən 2005-ci ilə qədər onunla dəfələrlə danışmışam. Onun həyatda iki strateji hədəfi var: Birincisi, Rusiya dünya arenasında böyük oyunçu olmalıdır. Artıq o buna nail olub. İkincisi isə Rusiyanın SSRİ-nin keçmiş ölkələrini yığmaq statusunda olmasıdır”, - Kvasnevski izah edib.
O qeyd edib ki, Kreml dondurulmuş münaqişələr üzrə yaxşı mütəxəssisdir və onun Dağlıq Qarabağda, Dnestryanı bölgədə, Gürcüstanda və indi və Ukraynadakı hərəkətləri buna sübutdur.
Aleksandr Kvasnevskinin sözlərinə görə, Rusiya Federasiyası siyasətini belə hərbi münaqişələr üzərində qurur və Putinin ətrafında, hansı ki, seçkilərdən bir il keçməsinə baxmayaraq vətəndaşlara iqtisadiyyatla bağlı heç nə təklif etməyib, cəmiyyətə hərbi hissləri təşviq edən “çoxlu təhlükəsizlik qüvvələri” var.
“Bu baxımdan onların əsas hədəfi Ukraynadır. Putinə bizim ölkə böyük bir Rusiya yaratmaq üçün lazımdır. Bu hədəf necə vardı, elə də qalır... O, Baltikyanı dövlətləri görməyəcəyini anlayır, amma Ukrayna üçün hələ də mübarizə aparmağa hazırdır. Buna görə də, onun Ukraynaya qarşı siyasətində dəyişikliklər gözləməyə dəyməz”, - deyə Polşanın sabiq lideri vurğulayıb.
O, əlavə edib ki, Rusiya ilə münaqişə “uzunmüddətli” olacaq, çünki Brüssel və ABŞ Donbasdakı müharibəyə görə Ukraynanın NATO və Aİ-yə üzv olmasına imkan verməyəcək, Rusiya Federasiyası isə bu zaman Ukraynada stabilliyi pozmaqda davam edəcək.