Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 0,6 dollar və yaxud 0,88 faiz artıb.
“Azeri Light” hazırda 68,5 dollar satılır.
* * *
Səudiyyə Ərəbistanının hasilatını azaltması və ABŞ ilə Çin arasındakı ticarət müharibəsinə dair nikbin gözləntilər ilə əlaqədar olaraq neft qiymətləri yüksəlir.
Bakı vaxtı ilə saat 20:28-də “Brent” nefti 1 faiz bahalaşma ilə 67,10 dollardan alıcı tapıb. ABŞ-ın Qərbi Texas (WTI) xam nefti isə 1,4 faiz bahalaşaraq 57,28 dollara qalxıb.
“Bloomberg”in hesablamalarına görə, Səudiyyə Ərəbistanı yanvar ayında öhdəlik götürdüyündən daha çox neft hasilatını azaldıb. Ancaq OPEC+ koalisiyanın 21 üzvündən 10-u qlobal təklif bolluğunu aradan qaldırmağı hədəfləyən müqavilədə öhdəlik götürdükləri miqdara tabe olmayıb.
ABŞ və Çin arasında ticarət danışıqları Çərşənbə axşamı günü yenidən başlayıb. ABŞ, razılaşma təmin olunmasa, 1 martda Çin məhsullarına əlavə gömrük vergisi tətbiq etməyə başlayacaq.
“Neft qiymətləri OPEC + koalisiyanın hasilatı azaltması və xüsusən Səudiyyə Ərəbistanının qiyməti qaldırmaq mövzusundakı əzmindən dəstək alır. Həmçinin ABŞ ilə Çinin ticarət münaqişəsini həll edəcəkləri barədə artan bir nikbinlik var”, - deyə analitiklər bildirirlər.