Vaxt.Az

1,7 trilyonluq sədd


 

“Sarı jiletlilər” hərəkatıyla 16 ştatın Trampı məhkəməyə verməsinin nə əlaqəsi var?

1,7 trilyonluq sədd ABŞ-ın 16 ştatı dünən prezident Donald Trampı məhkəməyə verdi. Kaliforniyanın rəhbərlik etdiyi ştatlar qrupu prezidenti insanların ekoloji azadlığını əlindən almaqda ittiham edirlər. Onların iddiasına görə Trampın Meksika ilə sərhəddə hörmək istədiyi divar ölkədə ekoloji problem yarada bilər.

ABŞ-da belə ştat qruplaşması sonuncu dəfə 1861-ci ildə yaradılmışdı və vətəndaş müharibəsi ilə bitmişdi. Belə ki, Respublikaçılar Partiyasından seçilmiş ilk prezident olan Avraam Linkoln quldarlığı ləğv etməyə çalışırdı. Bu zaman quruluşun güclü olduğu cənubun 11 ştatı üsyan qaldırır və ölkədən ayrılaraq yeni bir konfederasiyada birləşirlər. Konfederasiya hətta Cefferson Davis adlı yeni prezident də seçmişdi. Davisin özü Missisipinin ən böyük quldarlarından biri idi. Nəticədə ölkədə vətəndaş müharibəsi baş verdi.1861-ci ildə başlayan savaş 1865-ci ildə cənub qoşunlarının general Robert Edvard Li tərəfindən darmadağın edilməsi ilə başa çatdı. Ancaq cənubun göndərdiyi gizli qatil 1866-ci ildə prezident Linkolnu teatrda tamaşaya baxdığı yerdə qətlə yetirir.

ABŞ-da indiki halda belə bir hadisənin baş verəcəyi gözlənilən deyil. Ancaq ölkədə separatçılıq əhval-ruhiyyəsi var. Bu xüsusilə Kaliforniya və Texas kimi nüfuzlu ştatlarda güclüdür. Ölkədə vəziyyət həqiqətən gərginləşib. Trampın yeritdiyi siyasətin nəticəsi olaraq əyalətlərlə mərkəzi hakimiyyət arasında bağlar qopur. ABŞ-da faktiki olaraq hakimiyyətin iki qolu-icraedici və qanunverici orqanlar arasında mübarizə gedir. Trampın divar hörmə qərarına Konqres də qarşı çıxır və prezidenti impiçmentlə hədələyir. Bu iki qarşıdurmanın həlli hakimiyyətinin üçüncü qolu olan məhkəmədən asılıdır. ABŞ Ali Məhkəməsinin məsələ ilə bağlı qərarı mühüm əhəmiyyət kəsb edir. Ali Məhkəməyə digər iki hakimiyyət qolunun təsiri qeyri-mümkün olsa da, qurum güclü dövlət sisteminin ayaqda qalması naminə prezidentin xeyrinə qərar qəbul edə bilər.

Sən demə, Donald Tramp bu yaxınlarda daha böyük bir problemlə qarşılaşıb. Bu problemin adı dünya qızıl ticarətinə nəzarət edən, 1.7 trilyon dollarlıq varidatın sahibi Rotşild ailəsidir. ABŞ-ın nüfuzlu nəşrləri uzun zamandır Rotşild ailəsi ilə hakimiyyəti arasındakı qarşıdurmadan yazırlar. Belə ki, Fransada prezident Emanuel Makrona qarşı formalaşmış hərəkatın Tramp administrasiyası tərəfindən dəstəkləndiyi bilinən bir gerçəkdir. Makronun “Avropa ordusu” yaratmaq ideyasından sonra “Sarı jiletlilər” hərəkatı özünün ən pik nöqtəsinə çatmışdı. Bu hərəkat birbaşa Fransa prezidentinə qarşı çevrilib və görünür o hakimiyyətdən gedənə qədər də bitməyəcək.

Makronun Rotşildlərin adamı olduğu və onların maliyyəsi gücünə seçildiyini çoxlarına məlumdur. Buradan belə çıxır ki,  Tramp administrasiyası faktiki olaraq Rotşild ailəsi ilə savaşır. Ola bilər ki, ABŞ-da son baş verən siyasi böhran da Fransadakı üsyana cavabdır. Təbii ki, bu bir ehtimaldır. “Qoca qitə” və “cavan qitə” arasındakı mübahisə iki rəhbərin dəyişikliyi ilə sona çata bilər. Makronun gələcək prezident seçkilərində uduzacağı gün kimi aydındır. Tramp isə öz şansını get-gedə azaldır. Milyarderin reytinqi ölkəsində sürətlə aşağı düşür.

 





21.02.2019    çap et  çap et