Vaxt.Az

Ankaranın Maduro seçimi


 

Mənəvi borc, yoxsa qopacaq ipə odun yığmaq adəti

Ankaranın Maduro seçimi “Soyuq müharibə” illəri olsaydı Türkiyə ABŞ və digər Qərb dövlətlərinin ardınca Xuan Quaydonu Venesuellanın müvəqqəti prezidenti kimi tanıyardı. Ancaq Ankara Nikolas Maduronu Venesuela prezidenti kimi tanıyır. Birincisi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünə mənəvi borc bilir ki, Maduronu dəstəkləsin. Çünki, Türkiyədə hərbi çevrilişə cəhd zamanı Ərdoğana zəng edib onu dəstəkləyən ilk prezidentlərdən biri məhz Maduro idi. İkincisi, Maduorun Türkiyəyə sevgisi var, türk seriallarının aşiqidir. Üçüncü səbəb isə odur ki, dövran dəyişib Ankara Vaşinqtonun hər dediyini etmir, tam əksinə bir çox məsələdə tərs düşüblər.

Buna baxmayaraq, Ərdoğana yaxın türkiyəli ekspertlər belə hesab edirlər ki, Maduro-Quaydon mübarizəsində ikincinin qələbə çalmaq şansı çoxdur, çünki müxalifət liderinin arxasında Amerika və onun kəşfiyyat maşını dayanıb və Venesueladakı ağır iqtisadi və sosial vəziyyət Maduorun xeyrinə deyil. Demək bir müddət keçdikdən sonra Ankara bir nəfərə verdiyi dəstəyə görə Misirlə münasibətlərdə olduğu kimi Venesuela ilə də ipləri qoparmalı olacaq.

 





21.02.2019    çap et  çap et