Vaxt.Az

Avropa Parlamenti qarşısında azərbaycanlıların mitinqi


 

«Xoca» filmi Brüsseldə nümayiş olunub

Avropa Parlamenti qarşısında azərbaycanlıların mitinqi Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Belçika Krallığının paytaxtı Brüssel şəhərində - Avropa Parlamentinin qarşısında etiraz aksiyası keçirilib.

«Qafqazinfo» xəbər verir ki, Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan aksiyada 200 nəfərdən çox soydaşımız iştirak edib.

Aksiyada çıxış edən BAK-ın sədri Sahil Qasımov, təşkilatın vitse-prezidenti Elsevər Məmmədov Avropa Parlamentindən Xocalı soyqırımının qəbul olunmasını və hüquqi qiymət verilməsini tələb ediblər.
Etiraz mitinqi daha sonra yürüşlə davam edib. Əllərində Azərbaycan bayraqları və Xocalıya ədalət tələb edən plakatlar tutmuş nümayişçilər etiraz aksiyasını Ermənistan səfirliyi qarşısında başa çatdırıblar.
Mitinqdən sonra Brüsseldəki mərkəzi otellərdən birinin kino zalında Vahid Mustafayevin «Xoca» adlı filmi nümayiş olunub.

 





26.02.2014    çap et  çap et