Cəmiyyət Bakı Metropolitenin və «Azərtunelmetrotikinti» Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçib.
Cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilib:
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
- Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
- Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyən edilməsi;
- Cəmiyyətin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;
- Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
- Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi;
- Sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:
- Cəmiyyətin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi.
Müəyyən edilib ki, Cəmiyyətin sədrinin və onun müavinlərinin (İdarə Heyəti) vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
Nazirlər Kabinetinə tapşırılıb ki, Cəmiyyətin Nizamnaməsini və strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq iki ay müddətində təsdiq etsin.
Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinə isə öz fəaliyyət istiqamətlərinə uyğun olaraq Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər həyata keçirmək tapşırılıb.
Prezidentin digər sərəncamı ilə Zaur Hüseynov «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Qeyd edək ki, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov idi.
Bakı Metropoliteninin rəisi təyin olunan Zair Mir Tofiq oğlu Hüseynov bu vəzifəyə təyin olunana qədər «Bakıelektrikşəbəkə» ASC sədrinin müavini vəzifəsini tutub. O, 2007-ci ildən bu postda çalışıb. 51 yaşlı Z.Hüseynov əvvəllər «Qaradağ-Sement» ASC-ni baş müsahibi olub. Oradan «Bakıelektrikşəbəkə» ASC-yə rəis müavini gəlib.