Qeyd edilir ki, şahzadə Səudiyyənin 22 il boyunca Vaşinqtondakı diplomatik missiyasına başçılıq etmiş Bəndərin qızıdır.
Şahzadə Rima ABŞ-da təhsil alıb. O, 2014-cü ildə “Forbes”in versiyasına görə, 200 nüfuzlu qadın siyahısına düşüb.
Qadın özünün “Twitter” səhifəsində kral Salman ibn Əbdül Əziz Əl-Səuda ona göstərdiyi etimada görə təşəkkür edib.
O, söz verib ki, bütün səylərini ölkəsinə və onun vətəndaşlarına xidmət etməyə yönəldəcək.