Vaxt.Az

Nikah üçün yaş həddi …


 

Özbəkistanda yaxın qohumlar arasında nikah qadağan olunacaq

Nikah üçün yaş həddi … Özbəkistanda yaxın qohumlar arasında nikah bağlanması qadağan edilə bilər. Səhiyyə Nazirliyi ölkənin Ali Kodeksinə dəyişiklik etmək haqqında qanun layihəsini müzakirəyə çıxarıb. Qanun layihəsinin 16-cı maddəsində dəyişiklik etmək nəzərdə tutulur.

Yeni dəyişikliyə əsasən qardaş və bacıların övladlarının evlənməsi qadağan olunur.

Hazırda doğma və ögey bacı-qardaşlar, övladlığa götürülən uşaqlarla valideynlər arasında nikaha yol verilmir. Müzakirələr martın 9-dək davam edəcək.

Xatırladaq ki, Özbəkistanda nikah yaşı kişilər üçün 18, qadınlar üçün isə 17 yaş müəyyən edilib.

 





24.02.2019    çap et  çap et