Vaxt.Az

Erməni ekspertin etirafı


 

Samvel Martirosyan: «Azərbaycanlı hakerlər bizə milli səviyyədə problemlər yaradıb»

Erməni ekspertin etirafı Azərbaycanın «Anti-armenian Team» adlı hakerlər qrupunun 26 fevralda - Xocalı soyqırmı günü 300-dən artıq erməni saytını iflic etməsi düşmən ölkədə ciddi narahatlıq doğurub. Erməni media ekspertləri həyəcan təbili çalaraq bildiriblər ki, hücumlar fevralın 28-nə qədər davam edə bilər.

Lacin.info saytının məlumatına görə, Ermənistanın media eksperti Samvel Martirosyan bu barədə bildirib: «Fevral ayının 26-da azərbaycanlı hakerlər 300-dən artıq erməni saytına genişmiqyaslı hücum ediblər. Hücum nəticəsində 300-ə yaxın saytın fəaliyyəti xeyli vaxt dayanıb. Bir neçə sayt isə dağıdılaraq onların səhifəsinə Xocalını əks etdirən məlumatlar yerləşdirilib. Faktlar göstərir ki, azərbaycanlılar həddindən artıq uğurlu iş görə biliblər və bu bizə milli səviyyədə problemlər yaradıb. Bu dəfə Azərbaycan hakerləri fərqli hücum taktikası seçərək, domen.am-dan (domen.am Ermənistanın milli domen adı) istifadə edərək bizim zəif nöqtəmizi tapa biliblər».

 





28.02.2014    çap et  çap et