“Bu sosial paketin ilk təzahürləri haqqında mən artıq bildirdim. Minimum əmək haqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərin, digər ödənişlərin artırılması böyük bir sosial paketin tərkib hissəsidir. Eyni zamanda, sosial müavinətlər ilə bağlı məsələ də həllini tapacaq, sosial müavinətlər çox əhəmiyyətli dərəcədə artırılacaq. Bu proqram 500 mindən çox əhalini əhatə edir. O cümlədən problemli kreditlərdən əziyyət çəkən vətəndaşların sayını da nəzərə alsaq, təxminən 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq. Bu çox ciddi sosial paketdir”.
Qeyd edək ki, bu gün İlham Əliyev problemli kreditlərin vətəndaşların xeyrinə həll ediləcəyinin anonsunu verib.