Tramp, OPEC-i hasilatı azaltmaq siyasətini dayandırmağa çağırıb. O qeyd edib ki, neft qiymətləri çox yüksəlib.
“OPEC, zəhmət olmasa, rahatlanın və canfəşanlığa son qoyun. Dünya kövrəkdir, bu artıma tab gətirməz”, - deyə yazan dövlət başçısı hazırkı neft qiymətlərinin ifrat şəkildə yüksəldiyini qeyd edib.
Xam neft qiymətləri OPEC və qrup ilə birlikdə hərəkət edən istehsalçıların hasilatlarını azaltmalarının təsiri ilə bu il 25 faizdən çox qalxıb.
ABŞ ilə Çin arasındakı ticarət münaqişəsi və Vaşinqtonun Venesualanın neft ixracına sanksiya tətbiqindən qaynaqlanan narahatlıqların yüngülləşməsi də neft qiymətlərini dəstəkləyir.
Trampın açıqlamasından sonra Brent nefti 1,3 faiz ucuzlaşaraq 66,26 dollara düşüb (saat 16:30-a olan məlumat)