AzNews.az «İnterfaks»a istinadən verdiyi məlumata görə, ötən gün saat 23.00 radələrində Rusiya Silahlı Qüvvələrinə məxsus bölmə aeroportu ələ keçirib. Hava limanına nəzarəti ələ alan rus hərbçilərinin komandiri deyib ki, məqsəd aeroporta edilə biləcək terror hücumunun qarşısını almaqdır.
Ukrayna mediası isə «Belbek» hava limanındakı mənbəyə istinadən verdiyi xəbərdə bildirilir ki, Rusiya mətbuatı dezinformasiya yayır, əslində isə aeroport rus silahlıları tərəfindən ələ keçirilib.