Vaxt.Az

“Biz dilənçi deyilik”


 

Maduro humanitar yardımı rədd edir

“Biz dilənçi deyilik” Venesuelanın Pemon etnik icmasının üzvləri Braziliya ilə sərhədə tanklarla gələn Venesuela Milli Qvardiyasının əsgərləri ilə toqquşublar. İnsidentin Kumarakapay qəsəbəsi yaxınlığında baş verdiyi deyilir. Təhlükəsizik qüvvələri ilə toqquşmalar nəticəsində azı bir mülki vətəndaş həlak olub. Ölən şəxsin Zorayda Rodriquez olduğunu bildirib.

Şəhər meri Emilio Qonzalezin sözlərinə görə, əsgərlər mülki vətəndaşlara rezin güllələrlə atəş açıb və gözyaşardıcı qazdan istifadə ediblər.

 

* * *

 

Cümə axşamı Venesuelanın mübahisəli prezidenti Nikolas Maduro Braziliya ilə sərhədləri bağladığını elan edərək, oxşar addımların Kolumbiyaya qarşı atılacağına dair xəbərdarlıqla çıxış edib.

Məqsəd ölkəyə xarici humanitar yardımı dayandırmaqdır.

Maduro Venesuela əsgərlərini bir neçə sərhəd-keçid məntəqəsinə göndərib.

Əsasən ABŞ-dan qaynaqlanan tonlarla ərzaq, tibbi yardım və başqa ləvazimatlar sərhəd körpüsünün Kolumbiyaya aid hissəsində ilişib qalıb.

Maduro deyir ki, venesuelalılar “dilənçilər milləti” deyil və humanitar yardımı rədd edir.

Maduronun hökuməti yardıma ABŞ hərbi müdaxiləsinin başlanğıcı kimi baxır.

 





25.02.2019    çap et  çap et