FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 67,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,1 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 64,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,06 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin son qiyməti 67,07 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,12 dollar/barel çoxdur.