Vaxt.Az

Ruhaninin məhşəri


 

Zərif getdi, Bəşər gəldi

Ruhaninin məhşəri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif öz “İnstagram” hesabından istefası ilə bağlı post paylaşaraq belə deyib : “Xarici İşlər naziri olduğum müddətdə bütün nöqsanlara görə üzr istəyirəm. İran xalqına və məmurlarına öz təşəkkürümü bildirirəm”. Bəs Cavad Zərifin bu istefa qərarı nə ilə bağlıdır?

Düşünürəm ki, İranda ölkə daxilində müəyyən problemlər artıq geniş miqyas almağa başlayır. Bunun da məntiqi nəticəsi kimi xalq hazırkı ölkə başçısı Həsən Ruhaninin istefasını tələb edir. Çünki, ölkə yürütdüyü xarici siyasət nəticəsində həm iqtisadi, həm də siyasi sanksiyalara məruz qalır ki, bunun da əsas yükünü xalq çəkir. Yəni, ölkədə iqtisadi vəziyyət olduqca ağırdır. İranın milli valyutası günü-gündən dəyərini itirməkdə davam edir. Bütün bunlar sonda sosial narazılığı birə beş artırır.

Bu səbəbdən də hökumət yeni bir strategiya müəyyən edib. Hansı ki, yaxın günlərdə İran Rusiyadan 5 milyard dəyərində kredit aldı. Bunun müqabilində isə İran Avrasiya İqtisadi Birliyinə qoşulacaq. Bu da bir növ İranın Rusiyanın təsiri altına düşməsi deməkdir. Hesab edirəm ki, Cavad Zərifin istefası da məhz bununla bağlıdır. Çünki, Cavad Zərif digərlərinə nisbətən qərblə münasibətlərə önəm verirdi. Hətta nüvə sazişinin imzalanması üçün də əsas pay sahiblərindən biridir deyə bilərik. Bu isə o deməkdir ki, ölkədə hakimiyyət orqanları arasında fikir ayrılıqları dərinləşir. Hətta bəzi mənbələrdən əldə etdiyimiz məlumatlara görə Cavad Zərif artıq bezmişdi.

Məsələnin digər tərəfi isə bundan ibarətdir ki, düşünmək olar ki, artıq ABŞ - a qarşı bölgədə vahid bir koalisiya yaradılır. Hansı ki, bu istiqamətdə ölkədə qərbə meylli vəzifəlilər olmamalıdır. Bundan əlavə Həsən Ruhani də bu məsələ barəsində xəbərdardır və razılaşıb. Çünki, bu məsələ onun üçün də əslində yaxşı haldır. Çünki, ona etiraz edən qüvvələrə əslində bütün səhvin Cavad Zərifdə olduğunu deyə biləcək. Lakin, ölkənin dini lideri Xameneyi də bu məsələ barəsində nə düşündüyü önəmlidir. İstənilən halda Xameneyi də bu məsələni isti qarşılayacaq.

Daha bir maraqlı məqam isə Bəşər Əsədlə bağlıdır. Belə ki, bugün gözlənilmədən Suriya ölkə başçısı Bəşər Əsəd rəsmi Tehrana səfər edib. O, ölkə başçısı Həsən Ruhani və Əli Xamenei ilə görüşüb. Bu, Bəşər Əsədin Suriyada döyüş başlamasından bu yana ilk rəsmi səfəridir İrana. Bundan öncə də Moskvaya gözlənilməz səfər etmişdi Suriya lideri. Təbii ki, olduqca maraq doğuran bir məsələdir. Hesab edirəm ki, Rusiya bölgədə vahid bir cəbhə yaratmaq niyyətindədir.

İran hazırda iqtisadi sanksiyalarla mübarizə aparsa da onlar üçün Suriyadakı vəziyyət daha vacibdir. Bu səbəbdən də Bəşər Əsədlə bu cür görüşlərin intensivləşməsi də istisna deyil.

Bəşər Əsədin hansı marağı ola bilər bu səfərdə?

Fevral ayının 23-25 aralığında Suriyada Bəşər Əsəd rejimi və İran dəstəkli terrorçu qruplar İdlib deeskalasiya zonasının sərhədləri daxilindəki yaşayış məntəqələrinə hücum etdilər. Hansı ki, rejim birlikləri Türkiyə və Rusiya arasında İdlibdəki atəşkəsi möhkəmləndirmək üçün imzalanan Soçi razılaşmasına əhəmiyyət verməyərək hücumlarına davam edir. Bu isə o deməkdir ki, vəziyyət həqiqətən olduqca mürəkkəb hal alır. Çünki, Bəşər Əsədin Rusiya ilə münasibətləri hər birimizə bəllidir. Faktiki olaraq Əsəd Rusiyanın hazırda vassalıdır. Yəni, Əsəd Rusiyadan icazəsiz bu anlaşmanı belə poza bilərmi?

Belə çıxır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son müsahibəsində “Trampla münasibətlərimiz çox yaxşıdır. Mənim Vaşinqtona səfər edəcəyini və ya Donald Trampın 31 mart seçkilərindən sonra Türkiyəyə gələ biləcəyi də istisna edilmir” ifadəsi məhz buna hesablanıb !

 





26.02.2019    çap et  çap et