Naməlum şəxslər Balalakvaya ərazini mühafizə etmək məqsədi ilə gəldiklərini deyir.
Hazırda sərhədçilərin komandanlığı onlarla danışıqlar aparır.
***
12.01
Ukraynanın Sevastopol şəhəri yaxınlığındakı Belbek hava limanında 300-dən çox silahlı hərbçi var. Musavat.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, bu günə planlaşdırılan üç çarter reysi ləğv edilib.
Hava limanının növbə rəisi Anatoli Reçenko bildirib ki, gecə saat 3 radələrində hava limanının ərazisinə silahlı hərbçilər soxulublar. Onun sözlərinə görə, bunlar Rusiya əsgərləridir.
Hava limanına gedən yol bağlanıb. Avtomatlı əsgərlər «Yaxınlaşma, atəş açacağıq» xəbərdarlığı ilə heç kimi yaxın buraxmırlar.
Növbə rəisi rus hərbçilərlə danışığa gedib və ona bildiriblər ki, əsgərlər hava limanını təxribatdan qoruyurlar.
Hazırda hava limanında 3 zirehli hərbi maşın və 10 hərbi «Ural» var.