Avropa.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Baqdis əyalətinin qubernatoru məlumat verib. Onun sözlərinə görə, taliblər sərhədi Mukur ərazisində pozublar və güllələdikləri hər üç sərhəd xidmətçisi dünyasını dəyişib. Sərhədi pozanlar Talibandakı Molla Abdullah və Əhmədin qruplaşmasının üzvləri olduğu bildirilir.
Türkmənistanın Əfqanıstandakı konsulluğu da sərhədçilərin ölüm xəbərini təsdiqləyib.