Vaxt.Az
Paşinyan Tehranda iki hədəfinə çatıb
Onlardan biri gözlənilən idi, digəri isə …
Ermənistanın baş naziri Nikol Paşinyan çox arzuladığı İrana səfər edib. İran prezidenti Həsən Ruhani Paşinyanla görüşdə Ermənistana qaz tədarükünün artırılmasına etiraz etmədiklərini dilə gətirib. Ancaq bunu illərdir deyirlər, ortada nəticə yoxdur. Tehranda hansısa nəzəri regional layihələr barədə də danışıblar. Bunlar da xoş arzulardır. Ermənistanın pulu, sanksiyalardan əziyyət çəkən İranın isə başqa ölkəyə xərcləyəcək yatırımları yoxdur.Buna baxmayaraq, Paşinyan Tehranda iki arzusunu reallaşdıra
bilib. Birincisi, o Ruhanidən başqa İranın dini lideri Əli Xameneyi ilə
görüşüb. Bu gözlənilən idi. İkincisi, Tehranda mövcud olan “Ararat”
idman-sağlamlıq mərkəzində İranda yaşayan erməni icmasının nümayəndələri ilə
görüşüb, sevincək selfi də çəkdirib. Bir müddət sonra yenə Bakıya hansısa
iranlı rəsmi və ya general gəlib deyəcək ki, “işğalı pisləyirik, Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyirik”...
27.02.2019 çap et