O deyib ki, biz hasilatı ilin ikinci yarısında da məhdud saxlamalıyıq. Nazir hazırda ABŞ-dakı neft ehtiyatlarının qədərindən çox dolduğunu, bazarda tarazlığa nail olmaq üçün OPEC+ formatının bu artığın azalmasını hədəflədiyini qeyd edib.
Səudiyyəli nazir həmçinin mart ayında hasilatı daha da azaltmaq niyyətində olduqlarını diqqətə çatdırıb.
* * *
Səudiyyə Ərəbistanının Energetika naziri Xalid Əl-Falih, ABŞ neft ehtiyatlarının artmasının əlavə təklif yaratdığını və bu təklif artıqlığını azaltmağın ölkəsinin əsas hədəfi olduğunu bildirib.
Neftə tələbin ilin ikinci yarısında artmağa başlamasının gözləndiyini qeyd edən Əl-Falih, bazarın “OPEC+”un hasilatın azaldılması qərarlarına cavab verdiyini söyləyib.
Səudiyyəli nazir, bazarı öz başına buraxmağın dağıdıcı olacağını və volatilliyə səbəb olacağının qeyd edib.
Ə-Falih, Səudiyyə Ərəbistanının Mart ayında hasilatını daha çox azaltmağa getməyi planlaşdırdığını deyib.
* * *
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 1,28 dollar və yaxud 1,92 faiz artıb.
“Azeri Light”ın qiyməti 67,97 dollar təşkil edib.