Vaxt.Az

“Ən yaxşı cavab”


 

“Ölkəmi nüvəsizləşdirməyə hazıram”

“Ən yaxşı cavab” Şimali Koreya lideri Kim Çen In ölkəsinin nüvəsizləşdirilməsini həyata keçirməyə hazır olduğunu bildirib.

RİA “Novosti”  xəbər verir ki, o bunu ABŞ prezidenti Donald Trampla fevralı 27-də keçirilən görüşündə deyib.

“Mən hazır olmasaydım, burada olmazdım”, — deyə Kim Çen In bildirib.

Tramp isə öz növbəsində, Kim Çen Inın bəyanatını “ən yaxşı cavab” adlandırıb.

ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında cümə axşamı Hanoyda keçirilən təkbətək görüş başa çatıb.

Görüş 30 dəqiqə davam edib.

Fevralın 28-də iki ölkə lideri bir neçə saat davam edəcək geniştərkibdə danışıqları baş tutacaq.

 





28.02.2019    çap et  çap et