1. Tamella Şirinova – aparıcı
2. Səlminə Ələkbərli – aparıcı
3. Şakir Qurbanov – radio aparıcı
AzNews.az-ın əməkdaşı işdən çıxarılanlarla əlaqə saxlayıb. Tamella Şirinova hələlik bu barədə danışmaq istəməyib: «İndiki məqamda heç nə danışmaq istəmirəm. Sonra danışarıq».
Səlminə Ələkbərli isə İTV-dən çıxdığını təsdiqləyib və deyib ki, bununla bağlı ərizəni ötən gün yazıb: «Artıq bu gündən İTV-yə işə çıxmıram».
İnformasiya departamentinin rəhbəri Mehparə Quliyeva isə xəbəri nə təsdiq, nə də təkzib edib: «Mənim bu barədə dəqiq məlumatım yoxdu. Yalnız onu deyə bilərəm ki, bir departament rəhbəri kimi istəməzdim, yaxşı işçiləri İTV-dən uzaqlaşdırsınlar».
«Əgər yaxşı işçidilərsə, niyə uzaqlaşdırılırlar» sualına isə belə cavab verib: «Onu məndən soruşmayın. Onu həmin işçiləri çıxaran adamdan soruşun. Departament rəhbəri kimisə işdən çıxarmır».
Qeyd edək ki, həmin şəxslərin işdən uzaqlaşdırılmasına səbəb kimi müqavilə müddətlərinin bitməsi göstərilir.