Vaxt.Az

Bank rəhbərləri palataya çağrıldı


 

MBNP-da iclas başladı

Bank rəhbərləri palataya çağrıldı Bu gün (28 fevral 2019-cu il) tarixində, saat 18:00-da Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati binasında bank rəhbərlərinin Palatanın rəhbərliyi ilə görüş keçiriləcək.

Görüşdə bank sektorunun cari vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsi nəzərdə tutulur.

Xəbər verdiymiz kimi, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən fiziki şəxslərin problemli kreditlərinin artmış hissəsinin ödənilməsinə dövlət tərəfindən kömək göstərilir.

Fevralın 27-də Azərbaycan Beynəlxalq Bankı ASC-nin baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) növbədənkənar Ümumi Yığıncağı keçirilmişdi. Yığıncaqda bank sektorunun cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin problemli kreditlərin həlli  müzakirə edilmişdi.

 





28.02.2019    çap et  çap et