Rusiyadakı mərkəzlər, nəhayət, anlamalıdırlar ki, Krımın Rusiya ərazisi kimi tanıtdırılmasının Azərbaycanda həyata keçirilməsinə imkan verilməyəcək. Birincisi, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır, ikincisi, Azərbaycan özü separatçılıqla mübarizə aparır və başqa separatçılara öz ərazisində fəaliyyət göstərməyə imkan verə bilməz.
Buna baxmayaraq, Rusiyadakı bəlli mərkəzlər dayanmaq bilmirlər. Məsələn, Rusiya bu il müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda iqtisadi toplantılar və birgə forumlar keçirmək istəyir. Nümayəndə heyətlərinin tərkibinə Krımdan olan biznesmenlərin və layihələrin daxil edilməsi təşəbbüsləri istisna deyil. Diqqətli olmalıyıq. İstisna deyil ki, Rusiya sahibkarlarının Azərbaycana biznes-missiyası çərçivəsində (4-6 aprel 2019-cu il) işğal edilmiş Krımın biznes nümayəndələrini də daxil etməyə cəhd etsinlər. Belə təşəbbüslər olarsa, bunun qarşısı əvvəlcədən alınmalıdır.
Krımda ciddi sosial-iqtisadi problemlər hökm sürür, turizm sahəsində irəliləyiş yoxdur. Rusiyanın Krımı izolyasiyadan çıxarmaq və xarici dövlətlərlə əməkdaşlığa təşviq etməsi bu 5 ildə mümkün olmadı. Belə olan halda Kreml Krımı tanıtdırmaq üçün təxribatlara əl atır.
Bu arada, Azərbaycanın işğal altındakı torpaqlarında Rusiya və erməni şirkətlərin həyata keçirdiyi qanunsuz fəaliyyəti xatırlamaq yerinə düşər:
Bu siyahını uzatmaq da olar. Bəlkə elə buna görədir ki, Rusiya Azərbaycanla ikitərəfli sənədlərə işğal altında olan Azərbaycan ərazilərində qanunsuz fəaliyyət və qanunsuz məhsulların tədarükünün qadağan edilməsi haqqında müddəaları daxil etməkdən çəkinir. Belə bir saziş Azərbaycanla Ukrayna arasında mövcuddur. Rusiya isə separatçılara dəstək siyasətinə görə Azərbaycanla və digər dövlətlərlə oxşar saziş imzalamaq istəmir.
Milli Məclisdə müzakirələr zamanı bir qrup millət vəkili işğal edilmiş ərazilərdə təbii resursları hasil edən Rusiya şirkətlərini məsuliyyətə cəlb etməyə imkan verən qanun layihəsinin hazırlanması haqqında təşəbbüslər irəli sürüb. Bu təşəbbüslərin qanun halına gətirilməsinə ehtiyac var. (“Atlas” Araşdırmalar Mərkəzi)