KİV-də yayılan xəbərə görə, Timoşenko seçkilərdə iştirak etmək niyyətini UDAR partiyasının lideri Vitali Kliçko ilə təkbətək görüşündə də açıqlayıb. Kliçko söhbət əsnasında Timoşenko ilə əməkdaşlığa, birlikdə hökuməti formalaşdırmağa hazır olduğunu bildirib. Lakin bunun müqabilində ondan namizədliyini irəli sürməməyi təklif edib. Timoşenko isə «xeyr, mən seçkidə iştirak edəcəm» deyib. Bundan sonra Kliçko «o zaman bağışlayın, biz rəqibik» cavabını verib.