Bu xüsusda Simpozium aşağıdakı sahələrə akademik, ideya və konseptual dəstək göstərməyi hədəfə alır:
Simpoziumun nəticəsi olaraq, aşağıdakılara nail olunması planlaşdırılır:
Simpoziumun əsas komponentlərindən biri tədqiqatların və layihələrin həyata keçirilməsində Azərbaycanda təhsil alan doktorant tələbələrin aktiv cəlbini və iştirakını təmin etməklə onların Amerikada təhsil alan doktorantlar ilə birlikdə elmi müzakirələr aparmaq və müasir tələblərə cavab verən praktiki modullar təqdim etmək və uğurlu təcrübələrin yerli şəraitdə icrası üçün xüsusi təkliflər layihəsi hazırlamaqdır.
Simpoziumun zamanı alimlər öz düşüncə və tədqiqatlarının təqdimatını həyata keçirməklə yanaşı, elmi şəbəkənin gücləndirilməsi və fəaliyyətin genişləndirilməsi istiqamətində geniş müzakirələr aparacaq və təqdimatlar edəcəklər. Simpoziumun yuxarıda qeyd edilən hədəfləri xüsusunda aşağıdakı mövzuları əhatə edəcəkdir:
Simpozium plenar sessiyası və işçi qrupların müzakirələrindən ibarət olacaq. ANA işçi qrupu iştirakçıların müzakirə etdikləri fikirləri təkliflər paketində hazırlayaraq maraqlı tərəfdaşlara təqdim edəcəkdir. Layihənin davamlılığının təmin olunması üçün iştirakçılar günün bir hissəsini mövcud və gələcək qrant müsabiqələrində iştirak üçün fəaliyyət planı hazırlayaraq növbəti addımları planlaşdıracaqlar.
Simpoziuma yazıların göndərilmə qaydaları: Yuxarıda qeyd edilən hədəf və mövzulara uyğun olaraq 2019-cu ilin may ayının 1-dək Microsoft Word (Times New Roman, 12) proqramında hazırlanmış minimum 500 sözlük qısa yazını [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yazılar ingilis dilində yazılmalıdır. Zəhmət olmasa yazını göndərən zaman elektron poçtun mövzu hissəsinə “Azərbaycan Akademik Simpoziumu – Ad və Soyad”-ı yazın. Göndərəcəyiniz qısa yazı tədqiqat mövzusunu, tədqiqat metodunu və əsas nəticələri əhatə etməlidir. Eyni zamanda, göndərəcəyiniz yazıda tədqiqat mövzusunun tam adını, müəllif(lər)in ad və soyadını, hal-hazırda tutduqları vəzifələri, elektron poçt ünvanlarını və tədqiqat mövzusunu ən yaxşı təsvir edən minimum 3 açar sözü qeyd edin.
Maliyyə xərcləri: Simpoziumun keçirilməsi ilə bağlı xərclər ANA sponsorları tərəfindən ödənilir. Şimali Amerika-da olan məhdud sayda iştirakçıların, o cümlədən simpoziumda çıxış edəcək şəxslərin bir qisminin yol və qalma xərci qarşılanması məsələsinə baxılır. ANA tərəfindən logistik dəstək barədə əlavə inzibati qeyd yayılacaq.