Vaxt.Az

Qlobal neft tələbi artacaq


 

OPEC-in isə bazar payını itirməsi davam edəcək

Qlobal neft tələbi artacaq Qlobal neft tələbi, 2019-2024 dövründə gündəlik 7,1 milyon barel artaraq 106,4 milyon barelə çatacaq.

Beynəlxalq Enerji Agentliyinin (IEA) qlobal neft bazarı təhlilini ehtiva edən "2019 Neft Hesabatı"na görə, ABŞ, Braziliya, Kanada və Norveçdə neft hasilatı artacaq. Bu dövrdə qlobal neft təklifindəki artımın 70%-i ABŞ-ın payına düşəcək.

Qlobal neft tələbi isə 2019-2024 dövründə gündəlik 7,1 milyon barrel artaraq 106,4 milyon barrelə yüksələcək. Qlobal miqyasda neft tələbinin artmasına Asiyadakı iqtisadi artım və ABŞ-dakı neft-kimya sənayesi səbəb olacaq.

Digər tərəfdən, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft istehsalının isə 2024-cü ilə qədər gündəlik 380 min barrel azalacağı proqnozlaşdırılır.

 

* * *

 

Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında, OPEC-in ABŞ-a qarşı bazar payını itirməsinin 2020-ci ilin ortasına qədər davam edəcəyi bildirilib.

BEA-ya görə, OPEC-in bazar payını itirməsi ABŞ-da şist neftinin artması ilə 2020-ci ilin ortalarına qədər davam edəcək. Agentlik hesab edir ki, OPEC-in xam neft istehsalı İran və Venesueladakı azalmaların təsiri ilə daha da azalacaq.

Rəqabətin artması ilə OPEC-in istehsalına qarşı qlobal tələbat, sözügedən dövr ərzində 2016-cı ildən öncəki səviyyələrə qayıtmayacaq.

 





11.03.2019    çap et  çap et